“EYOF Bakı 2019”: Cüdoçumuz yarımfinala vəsiqə qazanıb


Digərləri 24 İyl 2019 13:21:00 166 0

“EYOF Bakı 2019”: Cüdoçumuz yarımfinala vəsiqə qazanıb

Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb.

Bakı. Avropa Gənclər Olimpiya Festivalının cüdo yarışlarında Azərbaycan təmsilçisi yarımfinala vəsiqə qazanıb. Trend-in məlumatına görə, oğlanların yarışında uğurla çıxış edən Turan Bayramov (60 kq) səkkizdəbir finalda Adam Saferini (Avstriya), dörddəbir finalda yunanıstanlı Mikis Tontimidisi ipponla məğlub edərək yarımfinala yüksəlib. Şükran Zamanlı (55 kq) onaltıdabir finalda Portuqaliya təmsilçisi Migel Qaqo üzərində təmiz qələbə qazansa da, sonrakı mərhələdə macarıstanlı Benko Farkasın öhdəsindən gələ bilməyib. Qadın güləşi üzrə Gülşən Bəşirova (44 kq) səkkizdəbir finalda ispaniyalı Mariya Qonzalesi 2:1 hesabı ilə məğlub edərək dörddəbir finala adlayıb.