Azərbaycanlılar yanan maşından rusiyalını çıxardılar, avtomobil partladı VİDEO


Digərləri 24 İyl 2019 12:49:00 215 0

Azərbaycanlılar yanan maşından rusiyalını çıxardılar, avtomobil partladı  VİDEO

Azərbaycanlılar daha bir ölkədə xilaskarlıqları ilə gündəmə gəliblər.

Son.az xəbər verir ki, Qazaxıstanda baş vermiş hadisənin videosu oxu.az-a göndərilib.

Hadisə şahidlərinin məlumatına görə, balıq ovundan gələn dörd azərbaycanlı yol kənarında yanan maşın görüblər. Avtomobilin qapılarının bağlı olmasına baxmayaraq, onlar maşında olan Rusiya vətəndaşını pəncərədən çıxararaq xilas ediblər.

Bir neçə dəqiqədən sonra isə avtomobil partlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Umud və Sabir Şirinov qardaşları Ukraynada yanan avtomobildən bir ailənin üç üzvünü xilas etmişdilər.