Hindistanda ildırım 32 nəfəri öldürdü


Digərləri 24 İyl 2019 12:44:00 152 0

Hindistanda ildırım 32 nəfəri öldürdü

Hindistanın şimal-şərqində Biha ştatında aramsız yağışlar zamanı güclü ildırım 32 nəfərin həyatına son qoyub.

Bakı. Hindistanın şimal-şərqində Biha ştatında aramsız yağışlar zamanı güclü ildırım 32 nəfərin həyatına son qoyub. Trend-in məlumatına görə, ölənlər arasında qadın və uşaqların da olduğu deyilir. Qeyd edək ki, artıq neçə gündür Hindistanın bu ərazilərinə yağan aramsız yağışlar daşqınlara səbəb olub. Daha öncə daşqınlar nəticəsində 102 nəfərin həyatını itirməsi barədə məlumat verilmişdi.