EYOF Bakı 2019: Rumıniya millisinin məşqçisi idmançılarının çıxışı haqda danışıb


Digərləri 24 İyl 2019 07:01:22 203 0

EYOF Bakı 2019: Rumıniya millisinin məşqçisi idmançılarının çıxışı haqda danışıb

Uşaqlarım lazım olan hər şeyi etdilər və çıxışlarını çox bəyəndim

Bakı. Cani Babayeva - Uşaqlarım lazım olan hər şeyi etdilər və çıxışlarını çox bəyəndim. Bunu Trend-ə Rumıniya millisinin məşqçisi Karnel Burduhosu idmançılarının Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində gimnastika yarışlarında göstərdikləri çıxışından sonra söyləyib. "Bu il festival gözləntilərimi üstələyib. Mən Azərbaycanı çox sevirəm. Əslində bu mənim Bakıya ikinci səfərimdir. Keçən il buraya təsnifat yarışlarına gəlmişdim". Xatırladaq ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.