Tramp yeni baş naziri təbrik etdi: "Möhtəşəm olacaq!"


Dünya 23 İyl 2019 23:23:00 235 0

Tramp yeni baş naziri təbrik etdi: "Möhtəşəm olacaq!"

ABŞ prezidenti Donald Tramp Boris Consonu Böyük Britaniyanın yeni Baş naziri seçilməsi münasibəti ilə təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, təbrik mesajını Tramp öz "Twitter" səhifəsində yazıb. Birləşmiş Ştatlar prezidentinin fikrincə, Conson bu vəzifədə "möhtəşəm" olacaq.

"Boris Consonu Birləşmiş Krallığın yeni Baş naziri seçilməsi münasibətilə təbrik edirik. O, möhtəşəm olacaq ", - Tramp yazıb. Xatırladaq ki, bu gün Böyük Britaniyanın Mühafizəkarlar partiyasının yeni rəhbəri ölkənin sabiq xarici işlər naziri və Londonun sabiq meri Boris Conson seçilib.

Conson çərşənbə günü, hazırkı baş nazir Tereza Mey səlahiyyətlərinin icrasını dayandırdıqdan sonra baş nazir olacaq.