Niyyəti ixlaslı etmək üçün nə edək?


Digərləri 23 İyl 2019 23:10:00 252 0

Niyyəti ixlaslı etmək üçün nə edək?

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin niyyəti əməlindən daha üstündür. Kafirin niyyəti əməlindən də pisdir. Hər əməl edən, niyyəti əsasında əməl edər".

Son.az deyerler.org-a istinadən bildirir ki, Zeyd Hişam nəql edir ki, İmam Sadiqə (ə) dedim: "Eşitmişəm ki, demisiniz: "Möminin niyyəti onun əməlindən daha üstündür". Necə ola bilər ki, niyyət əməldən üstün olsun?". Həzrət (ə) buyurur: "Bu səbəblə ki, o qədər əməl vardır ki, başqalarına göstərmək niyyətilə yerinə yetirilər. Halbuki, xalis niyyət Allah üçündür. Ona görə də Allah Təala niyyətə savab verər ki, həmin savab əməlin özündə olmaz"".

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Mömin insanın niyyəti onu cavidan behiştlik edər və kafir insanın niyyəti onun atəşə və cəhənnəmə daxil olmasını layiqli edər".

Bəs necə edək ki, niyyətimiz ixlaslı olsun?

1. Etiqadı və tanımanı gücləndirmək. İmam Əli (ə) buyurur: "Allaha yəqin, niyyətin xalis və pak olmasına səbəb olar". Ona görə də Allahı və sifətlərini tanımaq və İlahi elmə diqqət etmək bütün rəftar və əməllərimizə, hətta niyyətimizə belə təsir qoyacaq və qəlb hüzuru əldə etməyimizə səbəb olacaqdır. Başqa tərəfdən özümüzün nə qədər aciz və zəlil olmağımıza diqqət etməyimiz, niyyətimizin xalis olmasına yardım edəcəkdir.

2. İnsanlardan ümidi kəsmək. İmam Əli (ə) buyurur: "İxlasın başlanğıcı - insanların əlində olandan ümidi kəsməkdir". Əməllərimizin çirklənməsinin səbəblərindən biri də budur ki, insan başqalarının yardımına ümid bəsləyir. Elə bilir ki, başqa insanlar onun çətinliklərini daha rahat aradan qaldıra bilərlər. Ona görə də Allaha söykənmək yerinə, Onun məxluquna ümid bəsləyirlər. Əgər insan başqalarına ümid etməkdən əl çəksə, niyyəti xalis olar.