Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb


Digərləri 23 İyl 2019 21:55:51 196 0

Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb

Respublika ərazisində taxıl biçini davam edir.

Bakı. İlhamə İsabalayeva - Respublika ərazisində taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 22-nə olan operativ məlumata əsasən, ölkə ərazisində 991792,3 hektar ərazidə taxıl biçini aparılıb, 337740 hektar ərazidə arpa, 654052,3 hektar ərazidə buğda biçini başa çatıb. Bu günədək cəmi taxıl sahələrinin 97,6%-i biçilib. Ümumilikdə bu günədək ölkə üzrə 3116469 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir. Abşeron, Ağdam, Ağdaş, Ağsu, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay, Qəbələ, Siyəzən və Neftçalada taxıl biçini başa çatıb. Qobustan, Xaçmaz, Qusar, Oğuz və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahənin 9262 hektarı artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin 20113 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə artıq biçilib, buğda əkilmiş 19223 hektar sahənin 19114 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,8 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında, Şəmkir, Quba və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib: Rayon Buğda Arpa Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Cəmi sahə, ha Biçilib, ha Məhsuldarlıq Naxçıvan MR 24729 19659 24,4 8579 6973 29,3 Abşeron 307 307 14,6 761 741 12,5 Ağdam 12228 12228 39,0 2215 2215 35,5 Ağdaş 4273 4273 25,0 11630 11630 24,1 Ağcabədi 22503 22503 37,1 6672 6672 32,7 Ağsu 20400 20400 32,9 15955 15955 31,0 Balakən 1215 1215 28,0 458 458 28,7 Beyləqan 10666 10666 35,2 1765 1765 29,2 Bərdə 9041 9041 44,3 2601 2601 38,9 Biləsuvar 13557 13557 32,0 16456 16456 30,5 Cəbrayıl 2430 2430 35,0 550 550 30,5 Cəlilabad 54908 54908 37,1 4509 4509 35,2 Füzuli 28459 28459 31,7 8505 8505 29,0 Goranboy 8764 8210 31,0 13750 13750 29,0 Göyçay 8740 8740 30,0 6851 6851 30,5 Hacıqabul 25925 21615 19,3 11008 10358 30,3 Xaçmaz 19223 19114 34,8 5786 5786 30,0 İmişli 12716 12716 38,7 6322 6322 34,2 İsmayıllı 23200 23200 36,3 6173 6173 31,1 Kürdəmir 18120 18120 34,5 29926 29926