Pulla olmayan sədəqənin 7 növü


Digərləri 23 İyl 2019 21:10:00 239 0

Pulla olmayan sədəqənin 7 növü

Hər birimiz hər gün elə xeyir işlər yerinə yetiririk dinimizin nəzərinə görə onlar da sədəqə hesab olunur. O cümlədən:

1. Hər bir xeyir iş. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir yaxşı iş - sədəqədir. O kəs ki, xeyir işə yol göstərər, o kəs kimi olar ki, onu yerinə yetirər. Allah çarəsizlərin çətiliklərini aradan qaldırmaq üçün yardım etməyi sevir".

2. Şəri tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Pisliyi və şəri yerinə yetirməmək - sədəqədir".

3. Özün üçün sədəqə. Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Dilini saxla, çünki dili büdrəmədən qorumaq - sədəqədir ki, onu öz salamatlığın üçün yerinə yetirirsən".

4. Gözəl danışıq. Həzrət Peyğəmbər (s) buyurur: "Pakizə söz - sədəqədir və həmçinin namazı yerinə yetirmək üçün atdığınız hər addım - sədəqədir".

5. Susuza su vermək. İmam Sadiq (ə) buyurur: "Ən yaxşı sədəqə - ürəyi yanan susuzlara su vermək və onları sərinlətməkdir. Hər kim ciyəri yanan susuz insana və ya heyvana su içizdirərsə, Allah Qiyamət günü ona kölgə salar".