Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub


Digərləri 23 İyl 2019 20:34:00 212 0

Müdafiə Nazirliyinin “N” hərbi hissənin yaranma günü qeyd olunub

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən "N" hərbi hissənin yaranma günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, tədbirdə hərbi hissənin şəxsi heyəti, Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Tədbir açıq elan edildikdən sonra hərbi hissənin yaranması və döyüş yolu barədə iştirakçılara məlumat verilib. Qeyd edilib ki, hərbi hissə yarandığı gündən torpaqlarımızın ərazi bütövlüyü uğrunda daim rəşadətlə vuruşub, şanlı səhifələr yazıb. Onlarla döyüşçü müxtəlif orden və medallarla təltif olunub.

Mərasimdə çıxış edənlər hərbi hissənin qazandığı uğurları yüksək qiymətləndirərək şəxsi heyəti təbrik edib və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun gündən-günə gücləndiyini, döyüş qabiliyyətini artırdığını vurğulayıblar. Onlar ordumuzun ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olduğuna əminliklərini ifadə ediblər.


Xəbərə aid fotolar