AZAL Bakıdan NyuYorka uçuşları davam etdirəcək


Digərləri 23 İyl 2019 19:51:00 241 0

AZAL Bakıdan NyuYorka uçuşları davam etdirəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, "Azərbaycan Hava Yolları" aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb.

Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.

Bakı-Nyu-York reysləri ("JFK" hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) komfortlu "Boeing 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək.