AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək


Digərləri 23 İyl 2019 19:41:00 270 0

AZAL Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək.

Bakı. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Nyu-Yorka uçuşları davam etdirəcək. Trend-in məlumatına görə, donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Nyu-York uçuşlarını daha bir il müddətinə dayandırmamağı qərara alıb. Beləliklə, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.