"EYOF Baku 2019": Komanda halında idman gimnastika yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)


Digərləri 23 İyl 2019 19:18:48 176 0

"EYOF Baku 2019": Komanda halında idman gimnastika yarışlarının qalibləri mükafatlandırılıb (FOTO)

XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası üzrə komanda yarışlarında ilk medalçılar müəyyənləşib.

Bakı. Cani Babayeva - XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası üzrə komanda yarışlarında ilk medalçılar müəyyənləşib. Trend-in məlumatına görə, kişi gimnastların komanda yarışlarında 163,950 xalla Ukrayna millisi birinci olub. Rusiya yığması 163,100 xalla yarışı ikinci, İtaliya isə 159,183 xalla üçüncü pillədə başa vurub. Səməd Məmmədli, Ağakazım Rüstəmov və Mənsum Səfərovdan ibarət Azərbaycan komandası isə 150,400 xalla 11-ci pillədə qərarlaşıb. Daha sonra qaliblərin EYOF Baku 2019-da təntənəli mükafatlandırma mərasimi keçirilib.