“Turkish Cargo” nəsli kəsilməkdə olan quzğunu təbii yaşayış mühitinə geri qaytardı (FOTO)


Digərləri 23 İyl 2019 18:55:00 232 0

“Turkish Cargo” nəsli kəsilməkdə olan quzğunu təbii yaşayış mühitinə geri qaytardı (FOTO)

“Turkish Cargo” nadir quşu təbii mühitinə uyğunlaşdırılmış şəraitdə daşıyaraq daha bir uğurlu xilasetmə əməliyyatı həyata keçirdib.

Bakı. “Turkish Cargo” nadir quşu təbii mühitinə uyğunlaşdırılmış şəraitdə daşıyaraq daha bir uğurlu xilasetmə əməliyyatı həyata keçirdib. Nəsli kəsilməkdə olan quzğun uçuşuna Serbiyada başlayıb, 1600 km mövsümü miqrasiya marşrutunu qət etdikdən sonra Türkiyənin Şanlıurfa şəhərində taqətdən düşüb. Yırtıcı quş “Turkish Cargo” tərəfindən uğurla Belqrada çatdırılıb. Serbiyanın Uvaç kanyonunda yaşayan Dobrila adlı 1.5 yaşlı quzğun şərqə mövsümü miqrasiya uçuşu zamanı taqətdən düşüb və Şanlıurfada eniş edib. Yerli fermerlər tərəfindən tapılan halsız quş vəhşi heyvanları xilasetmə və reabilitasiya mərkəzinə aparılıb. Mərkəzdə xüsusi müayinələrdən keçən quzğun sağlam çəkiyə çatdırıldıqdan sonra miqrasiyasını davam etdirməsi üçün azadlığa buraxılıb. Bu zaman məlum olub ki, Dobrıla uçuşuna davam edə bilmir. Türkiyə kənd təsərrüfatı və meşəçilik nazirliyinin əməkdaşları quşun ayağındakı qeydiyyat nömrəsindən istifadə edərək serb höküməti ilə əlaqə saxlayıb. İkitərəfli danışıqlar nəticəsində Dobrılanın Belqraddakı Bioloji araşdırmalar institutuna (Sinişa Stankoviç) təhvil verilməsi razılaşdırılıb. Heyvanlara və təbiətə qarşı hörmətlə yanaşan və bütün əməliyyatlarında buna əməl edən “Turkish Cargo” quzğunu İstanbuldan keçməklə, Şanlıurfadan Belqrada gətirib. Dobrılanın vətənə geri dönməsi mərasimində Türkiyə Respublikasının Serbiyadakı səfiri Tanju Bilgiç və Serbiyanın ətraf mühitin müdafiəsi naziri Qoran Trivan iştirak ediblər. “Bu gün Dobrıla üçün xüsusi gündür. Belə ki, reabilitasiyadan sonra o ilk dəfə olaraq bu gün uçdu. Biz “Turkish Cargo” ya göstərdiyi dəstək üçün minnətdarıq” deyə Dobrılanın kuratoru bioloq İrena Xribsek (Vəhşi quşların müdafiəsi fondu) bildirib. “Turkish Cargo” #MissionRescue yanaşmasına uyğun olaraq, canlı heyvanların daşınmasını maksimal şəkildə qayğı ilə həyata keçirdir. Buna misal olaraq bir müddət öncə Ukraynadan Yohannesburqa - öz təbii mühitlərinə daşınılmış dörd şiri göstərmək olar.