Tanınmış aparıcı biznesmen ərindən boşandı FOTO


Digərləri 23 İyl 2019 18:15:00 231 0

Tanınmış aparıcı biznesmen ərindən boşandı  FOTO

Rusiya aparıcısı Yuliya Bordovksix 12 illik biznesmen həyat yoldaşı Aleksey Kravtsovdan ayrıldığını etiraf edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, məşhurun sözlərinə görə, onlar arasında dost münasibəti qalıb.

Ehtimala görə, cütlüyün ayrılmasına səbəb Yuliyanın ağır iş rejimi olub. Məşhur Mayami ilə Nyu-York arasında yaşayır və öz layihəsi üzərində çalışır. Həmçinin Yuliya idmanla məşğul olur. 50 yaşının olmasına baxmayaraq, o, gözəl formada qalmağı bacarır.

Qeyd edək ki, Yuliya və Aleksey 2006-cı ilə tanış olublar və demək olar ki, ilk baxışdan bir-birilərinə vurulublar. Buna baxmayaraq, onların münasibətləri il yarımdan sonra inkişaf etməyə başlayıb. Cütlük 2007-ci ildə ailə həyatı qurub. 1 il sonra onların Födor adlı oğlan övladları dünyaya gəlib.


Xəbərə aid fotolar