Bakıda oğlana görə dalaşan qızlardan biri özünü binadan atmaq istədi VİDEO FOTO


Digərləri 23 İyl 2019 18:06:00 321 0

Bakıda oğlana görə dalaşan qızlardan biri özünü binadan atmaq istədi  VİDEO  FOTO

Paytaxtın Xətai rayonunda gənc qız intihara cəhd edir.

Son.az unikal.org-a istinadən xəbər verir ki, qız "Ukrayna" dairəsinin yaxınlığındakı 9 mərtəbəli binanın damına çıxaraq, özünü atmaq istəyir. Hazırda əraziyə gələn hüquq-mühafizə orqanları və  FHN əməkdaşları gənc qızı fikrindən daşındırmağa çalışıblar. Nəticədə polislər qızın başını qataraq, onu ölümdən xilas ediblər. Daha sonra binadan aşağıya düşürülən qız ərazi üzrə polis idarəsinə aparılıb. 

Faktla bağlı araşdırma aparılır və onun nə üçün intihara cəhd etməsi araşdırılır.

Unikal.org hadisənin təfərrüatlarını araşdırb. Ətrafda olan şahidlərin sözlərinə görə, intihara cəhdə səbəb oğlan olub. Belə ki, ərazidə iki qız oğlana görə bir-biriləri ilə mübahisə ediblər. Mübahisə zamanı digər qız intihara cəhd edən şəxsi təhqir edib. Nəticədə də o, qəzəblənərək özünü binadan atmaq istəyib. Həmin vaxt sözügedən oğlan da ərazidə olub. Qızı FHN-nin əməkdaşları xilas edəndən sonra hər 3 şəxs polis idarəsinə aparılıb.


Xəbərə aid fotolar