İranda 756 nəfər suda boğulub


Digərləri 23 İyl 2019 16:44:00 226 0

İranda 756 nəfər suda boğulub

Cari İran ilinin (21 mart 2019-dan başlayaraq) 4 ayı ərzində (21 mart – 22 iyul) İranda sularda 756 nəfər boğulub.

Bakı. Elnur Bağışov - Cari İran ilinin (21 mart 2019-dan başlayaraq) 4 ayı ərzində (21 mart – 22 iyul) İranda sularda 756 nəfər boğulub. Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sədri Pirhüseyn Kulivənd deyib. Onun sözlərinə görə, boğulma nəticəsində 492 nəfər həyatını itirib, qalanı isə xilas edilib. Kulivənd əlavə edib ki, boğulmaların 36%-i çaylar, 14%-i sel, su anbarı və sairə, 11%-i su bəndləri, 22%-i dəniz, 8%-i kənd təsərrüfatı su anbarları, 6%-i su kanalları, 3%-i isə çimərlik hovuzunda qeydə alınıb. Təşkilat sədri bildirib ki, Mazandaranda 129 nəfər, Gilanda 71 nəfər və Qərbi Azərbaycanda 50 nəfər suda boğulma ilə üzləşib.