Şirvan sakinini boynundan bıçaqlayan şəxs tutulub


Digərləri 23 İyl 2019 15:55:39 232 0

Şirvan sakinini boynundan bıçaqlayan şəxs tutulub

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

Bakı. Şirvanda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 22-də Şirvan şəhəri ərazisində naməlum şəxs şəhər sakini Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Ə.Zeynalovun vəziyyəti orta-ağırdır. Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb.