Türkiyədə avtomobil qəzası - 3 azərbaycanlı yaralandı


Digərləri 23 İyl 2019 15:20:00 214 0

Türkiyədə avtomobil qəzası - 3 azərbaycanlı yaralandı

Türkiyənin Ərdahan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin Ərdahan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, bu gün səhər saatlarında Ərdahan-Qars yolunda baş vermiş qəza nəticəsində 8 nəfər yaralanıb. Onlardan 3 nəfərin Azərbaycan vətəndaşı, 5 nəfərin isə Türkiyə vətəndaşı olduğu bildirilir. Yaralananlar Anaverdi Bağırova, Sevda Bağırova və Asiya Bağırovanın səhhəti hazırda normal qiymətləndirilir.