Ötən gün yol qəzalarında 2 nəfər ölüb


Digərləri 23 İyl 2019 15:11:31 202 0

Ötən gün yol qəzalarında 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb

Bakı. Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 21 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 25 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.