Azərbaycanlı teleaparıcıya 7 min manata yaxın ziyan dəydi


Digərləri 23 İyl 2019 14:05:00 231 0

Azərbaycanlı teleaparıcıya 7 min manata yaxın ziyan dəydi

Tanınmış xəbər aparıcısı Elvin Basqallının "Youtube" kanalına haker hücumu olub.

Son.az bildirir ki, Basqallı özü bu barədə ölkə.az-a məlumat verib. Onun sözlərinə görə, baxış sayı bir saata on mindən, bir günə yüz mindən, bir aya 3 milyondan artıq olan kanalı bir neçə gün öncə siliblər:

"Kanalımın 61 min abunəçisi var idi. Aylıq 5-8 min arası yeni abunəçim olurdu, yüzdən artıq ölkədən izlənirdim. Bu ölkədə bəlkə də bəzi məşhur sənətçilərin "Youtube" kanalının bu qədər izləyicisi yox idi. Hətta o kanalı məndən 7 min manata almaq istəmişdilər. Satsaydım, heç olmasa bir problemimi həll edərdim".