Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır


Digərləri 23 İyl 2019 10:23:00 209 0

Kapital Bank ənənəvi “Təhsil avtobusu” layihəsinin rəsmi tərəfdaşıdır

Kapital Bank “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır.

Bakı. Kapital Bank “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində “Təhsil avtobusu” adlı Yay Məktəbi layihəsinin rəsmi tərəfdaşıdır. Layihə ilə bağlı keçirilən tədbirdə Təhsil Nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Layihə 29 iyul 2019-cu il tarixinədək davam edəcək. “Təhsil avtobusu – Nəsimi” adlı Yay Məktəbi Qusar, Astara, Cocuq Mərcanlı, Qazax, Şamaxı və Bakı şəhərləri üzrə təhsil marafonuna çıxıb. Marafonda iştirak edən gənclər karyera və fərdi inkişaf təlimlərində iştirak edəcəklər. Qeyd edək ki, “Azərbaycan üçün öyrət” təhsil proqramı ölkənin təhsil strategiyasına uyğun olaraq, keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edir.