Olimpiya Festivalında türkiyəli basketbolçu travma aldı


Digərləri 23 İyl 2019 09:51:00 201 0

Olimpiya Festivalında türkiyəli basketbolçu travma aldı

Ötən gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub.

Bakı. İlhamə İsabalayeva - Ötən gün XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına idmançılar tərəfindən ümumilikdə 6 müraciət olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, müraciətlərin 5-i kiçik travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerindəcə yardım ediblər. 18 yaşlı türkiyəli basketbolçu qız isə sol diz oynağının travması ilə müraciət edib. O, təcili tibbi yardım briqadası tərəfindən yardım aldıqdan sonra Kliniki Tibbi Mərkəzə aparılıb. Basketbolçu qıza yardım edildikdən sonra evə buraxılıb. Hazırda onun vəziyyəti normaldır.