İstanbulda külli miqdarda saxta dollar ələ keçirilib


Dünya 22 İyl 2019 22:49:00 226 0

İstanbulda külli miqdarda saxta dollar ələ keçirilib

İstanbul Təhlükəsizlik İdarəsinin maliyyə cinayətləri ilə mübarizə şöbəsinin əməkdaşları tərəfindən aparılan növbəti əməliyyat nəticəsində 271 milyon 150 min saxta dollar ələ keçirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, saxta pullar bir cinayətkar dəstə tərəfindən dövriyyəyə buraxılarkən ələ keçirilib.

Faktla bağlı beş nəfər saxlanılıb. Saxlanılanların arasında FETÖ terror təşkilatının əməkdaşının da olduğu bildirilir.