Dişlərin sonunu gətirən gizli XƏSTƏLİK Səbəbləri, müalicəsi


Digərləri 22 İyl 2019 20:06:00 315 0

Dişlərin sonunu gətirən gizli XƏSTƏLİK  Səbəbləri, müalicəsi

Parodontoz 50% insanın rastlaşdığı, ağrı və ciddi simptomları olmayan, sanki qəfil başlayan, qanlı və dişlərin düşməni olan bir xəstəlikdir.

Son.az yenicag.az-a istinadən bildirir ki, bir çox insanlar artıq dişlər laxlayıb düşənə yaxın xəbər tutur.

İllər öncə başlayan, bir çox ağırlaşmaları olan, gizli gedən sistem xəstəliyi olan parodontoz nədir, necə başlayır, əlamətləri hansılardır?

Tibbdə parodontoz parodontun toxumasının distrofik sistem xəstəliyidir.

Parodont nədir: alveor çıxıntı, çənənin sümük toxuması, dişləri əhatə edən yumşaq toxuma.

Parodontozu parodonditdən fərqləndirən əlamət iltihabi əlamətin olmamasıdır.

Qeyd edək ki, parodondit və parodontoz fərqli xəstəliklərdir, hansı ki, adı və əlamətləri ilə həkimləri belə çaşdırır.

Diaqnoz üçün:

Stomatoloq həkim vizual müayinə edir, dişlərin hərəkətliliyini yoxlayır, ortopantoqramma çəkir, damaqda mikrosirkulyasiyanı qiymətləndirir, zondlama aparır. Müalicəni stomatoloq, endokrinoloq, üz-çənə cərrahı və digər həkimlər apara bilər. Çünki bu xəstəliyin səbəbləri təkcə dişlə bağlı olmaya da bilir.

Bu əlamətlərə diqqət:

-Sümük toxumasında, damaqda dəyişiklik - bu rentgendə aydın görünür

-Damağın aşağı düşməsi

-Diş dibinin üzə çıxması

-Damaq diş dibində ağarır