40 gün ərzində Xəzər sahillərində 4 251 nəfər xəsarət alıb


Digərləri 22 İyl 2019 20:08:25 210 0

40 gün ərzində Xəzər sahillərində 4 251 nəfər xəsarət alıb

5 iyun-16 iyul tarixlərində İranın şimalında Gülüstan, Gilan və Mazandaran vilayətlərində Xəzər dənizinin sahillərində 4 251 nəfər xəsarət alıb.

Bakı. Elnur Bağışov - 5 iyun-16 iyul tarixlərində İranın şimalında Gülüstan, Gilan və Mazandaran vilayətlərində Xəzər dənizinin sahillərində 4 251 nəfər xəsarət alıb. Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Yardım və Xilasetmə Təşkilatının sədr müavini Hamid Səccadi deyib. H.Səccadinin sözlərinə görə, 4 251 nəfər təhlükəsizlik qaydalarına riayət etmədiyinə, bölgənin təbiəti ilə yetərincə tanış olmadığına, eləcə də çimərlik üçün nəzərdə tutulan ərazilərdən kənarda çimdiyinə görə xəsarət alıb.