Azərbaycan Prokurorluğunun kollektivi jurnalistlərini təbrik edib


Digərləri 22 İyl 2019 18:44:00 199 0

Azərbaycan Prokurorluğunun kollektivi jurnalistlərini təbrik edib

Azərbaycan Prokurorluğunun kollektivi Azərbaycan jurnalistlərini təbrik edib.

Bakı. Elçin Mehdiyev - Azərbaycan Prokurorluğunun kollektivi Azərbaycan jurnalistlərini təbrik edib. Trend-in məlumatına görə, bu barədə Baş Prokurorluğun rəsmi "Faceebok" səhifəsində məlumat yayılıb. Məlumatda bildirilir ki, müasir dövrdə hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması prosesində, milli-mənəvi dəyərlərin qorunub saxlanmasında mətbuatın rolu danılmazdır: "Zəngin tarixə malik 144 yaşlı Azərbaycan milli mətbuatı “Əkinçi”nin idealları ilə xalqımızın azadlıq və inkişaf mənbəyinə çevrilərək vətənpərvərlik hislərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində mühüm töhfələr vermişdir. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır.