İndoneziya 5.5 balla silkələndi


Dünya 22 İyl 2019 17:30:00 256 0

İndoneziya 5.5 balla silkələndi

İndoneziya sahillərində güclü zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təkanlar 5,5 bal gücündə qeydə alınıb.

Yerli vaxtla səhər saatlarında baş vermiş zəlzələnin episentrinin Amaxay yaşayış məntəqəsindən 232 kilometr məsafədə olduğu bildirilir.

Zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə məlumat yoxdur.