Yardımlıda “VAZ” aşdı, sıxılı vəziyyətdə qalan 2 nəfər xilas edildi


Digərləri 22 İyl 2019 17:08:43 241 0

Yardımlıda “VAZ” aşdı, sıxılı vəziyyətdə qalan 2 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Yardımlı rayonunda “VAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Yardımlı rayonunda “VAZ” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.