Bakıda qəza - Əsas yollardan birində tıxac yarandı (FOTO)


Digərləri 22 İyl 2019 15:36:56 290 0

Bakıda qəza - Əsas yollardan birində tıxac yarandı (FOTO)

Bakıda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda iki avtomobilin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Abdülvahab Salamzadə küçəsində qeydə alınıb. Üzü Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olan "Lada" markalı avtomobil öndə olan 90-VM-129 dövlət nömrəli "Hyundai" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Qəza səbəbindən adıçəkilən ərazidə tıxac yaranıb.