Azərbaycana gələn əcnəbilərin sayı 6,5 faiz çoxalıb


Digərləri 22 İyl 2019 12:37:00 203 0

Azərbaycana gələn əcnəbilərin sayı 6,5 faiz çoxalıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bakı. İlhamə İsabalayeva - Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Trend-in məlumatına görə, gələnlərin 29,4 faizi Rusiya, 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68 faizini kişilər, 32 faizini isə qadınlar təşkil edib. Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb.