Ronaldunun meydana çıxdığı matçda stadion Azərbaycan bayrağına büründü FOTO


Digərləri 22 İyl 2019 11:31:00 209 0

Ronaldunun meydana çıxdığı matçda stadion Azərbaycan bayrağına büründü  FOTO

Ötən gün Beynəlxalq Çempionlar Kubokunda növbəti oyunlar keçirilib.

Son.az xəbər verir ki, Sinqapurda Kriştianu Ronaldunun da şərəfini qoruduğu dünya nəhəngi "Yuventus" ilə İngilltərə təmsilçisi "Tottenhem" arasında baş tutuan matç gərginliyi ilə yadda qalıb. 

Son dəqiqələrdə Hari Keynin meydanın mərkəzindən vurduğu fantastik qol sayəsində "Tottenhem" meydandan qalib ayrılıb (3:2).

Lakin azərbaycanlı futbol həvəskarları üçün bu matç xüsusi ilə yadda qalan olub. Belə ki, oyunun başlamasına dəqiqələr qalmış Sinqapur Milli Stadionu Azərbaycan bayrağının rənglərinə bürünüb.

Son.az həmin kadrları təqdim edir:


Xəbərə aid fotolar