Qusarda göldə batan şəxsin meyiti tapılıb


Digərləri 22 İyl 2019 08:10:07 184 0

Qusarda göldə batan şəxsin meyiti tapılıb

Qusar rayonu ərazisində süni göldə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Bağırov Adiq Yavər oğlunun axtarışları başa çatıb

Bakı. Qusar rayonu ərazisində süni göldə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Bağırov Adiq Yavər oğlunun axtarışları başa çatıb. FHN-dən verilən məlumata görə, A.Bağırovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.