Qadın enerjisi və cazibəsinin əsas açarı


Digərləri 21 İyl 2019 23:45:00 261 0

Qadın enerjisi və cazibəsinin əsas açarı

Yəqin ki, diqqət hardadırsa, enerji də ordadır sözləri ilə tanışsınız. Görünür, bu, bizim dünyamızın əsas qüdrətidir və şərqdə diqqəti idarə etmək üçün bir çox təlimlər əbəs yerə düşünlməyib. Bəs bu, nə deməkdir?

Beləliklə, xarici mətbuata istinadən oxucularımızı energetika haqqında maraqlı faktlarla tanış edirik.

Diqqətimizi hara yönəldiriksə, həyat enerjisini də ora ötürürük. Bu da öz növbəsində bizim həyat reallığımızı yaradır.

İndi həyatınıza bu nöqteyi-nəzərdən baxın.

Son.az gencaile.az-a istinadən bildirir ki, TV seyr etdiyiniz zaman, diqqətiniz və buna müvafiq olaraq enerjiniz hara axır?

Siyasətçi və ya hər hansı qonşunu müzakirə edərkən, diqqətiniz və buna müvafiq olaraq enerjiniz hara gedir?

Sizi tərk edən insanı düşünəndə, diqqətiniz və ona müvafiq enerji hara gedir?

Bununla siz haqqında düşündüyünüz və bütün diqqətinizi yönəltdiyiniz insanı öz həyat enerjinizlə qidalandırırsınız. Sizi tərk edən insanı düşünməyə davam etməklə həyatınızda nə baş verəcək?

Bütün enerjini ona göndərmisiniz, belə olan halda siz digər kişilər üçün maraqlı və cəlbedici ola biləcəksiniz?

Bütün enerjisini ona diqqət və qayğı göstərməyən kişiyə yönəldən qadınla nə baş verir?

Bütün enerjini daim televizor və internetə xərcləsəniz, həyatınızda nə baş verəcək?

Belə olan halda digər kişilərin diqqətini çəkmək üçün kifayət qədər enerjiniz qalacaqmı? Enerjisi tükənmiş qadın həyatına başqasını cəlb edə və özünü sevdirə bilərmi?