Ceff Bezos niyə “Blue Origin”ə böyük pullar ötürür?


Digərləri 21 İyl 2019 21:25:00 227 0

Ceff Bezos niyə “Blue Origin”ə böyük pullar ötürür?

"Amazon" şirkətinin təsisçisi və CEO-su Ceff Bezos "Amazon"dan əldə etdiyi gəlirin böyük bir qismini kosmik texnologiyalar üzərində çalışdığı "Blue Origin" şirkətinə ötürür.

Son.az facemark.az-a istinadən bildirir ki, dünyanın ən varlı insanı bununla bağlı CBS televiziyasına maraqlı açıqlamalar edib.

O, deyib ki, bu investisiyalar vacibdir: "Düşünürəm ki, bu investisiyalar planet, gələcək nəsillərin dinamikliyi üçün önəmlidir. Bu mənim son dərəcə vacib hesab etdiyim və bütün həyatım boyu düşündüyüm bir şeydir".

Milyarder iş adamı bildirib ki, bəşəriyyətin daha çox yaşamağı üçün kosmik texnologiyaların inkişafı artıq kritik bir mərhələdədir: "Sağlam sivilizasiyaya sahib olmaq istəyiriksə, biz insanlar kosmosa getmək məcburiyyətindəyik. Planetdə insanların sayı artıb və dünya bunun yanında kiçik qalır. Təsirlərini iqlim dəyişikliyi, çirklənmə və ağır sənayedə görürük. Bu planeti məhv etmək mərhələsindəyik. Bu planeti qorumaq məcburiyyətindəyik", - deyib.

Mübahisəli təklif: Fabriklər kosmosa köçürülə bilər

"Gələcəkdə mikroprosessorlar kimi istehsalı çətin olan cihazlar aşağı xərclə istehsal edilə bilər. Beləliklə, dünya üzərində çirklənməyə səbəb olan fabriklər kosmosa köçürülə bilər. Bu isə planeti çirklənmədən qoruyar", - deyə dünyanın ən varlı insanı düşünür.

Realist olan Bezos, bu xəyala bir neçə nəsil və yüzillikdən sonra çata biləcəklərini deyib. Bu hal reallaşarsa onda insanların dünyada, ya da kosmosda yaşamaq kimi seçim şansı olacaq.