Diskontmağaza nədir və populyarlığı nə ilə bağlıdır?


Digərləri 21 İyl 2019 20:40:00 345 0

Diskontmağaza nədir və populyarlığı nə ilə bağlıdır?

Gəlin razılaşaq ki, bizlərdən bir çoxumuz yüksək keyfiyyətli brendlərin məhsullarını münasib qiymətə almaq istəyir. Bu mövsümün endirimli məhsullarını qaçırmamaq üçün diskont mağaza, autlet, stokun nə olduğunu başa düşmək lazımdır. Bizim mövzu ilə bağlı kiçik məqaləmiz sizə bununla bağlı dəstəkçi olacaq.

Diskont-mağaza nədir?

Diskont-mağaza, diskont-mərkəz - bu stokda olan məhsulların satıldığı ticarət nöqtəsidir. Burada satılmayan kolleksiya olur. Məsələn bunlar geyim, elektronika, idman malları, texnika və s. ola bilər.

Stokda olan məhsullar hardan əldə edilir?

Son.az facemark.az-a istinadən bildirir ki, onların mənbələri bir çox ola bilər. Məsələn, topdan satış mərkəzləri, kiçik zavodun istehsalı olan məhsullar, məmulatların müəyyən növünün təkrar istehsalı, aktual mövsümdə satılıb bitməyən məhsulları, orjinal brendlərin bir çox səbəbə görə, satışa çıxarılmamış məhsulları və s. ola bilər.

Diskont-mağazaların növləri

Ayaqqabı və geyim üzrə diskont mağazaların 2 növü olur:

Monobrend-Burada bir istehsalçının kolleksiyasının artıq qalanları satılır. Belə mağazaları tapmaq çox sadədir. Belə ki, bu cür mağazaların adları da brendin adı ilə başlayır. Ancaq yanında diskont ön hissə olur. Məsələn, Adidas diskont mağaza. Maraqlısı budur ki, belə məhsulların adı orijinal qalır, amma orjinaldan fərqli olaraq ticarət mərkəzlərində satılır. Burada brendin pərəstişkarlarını tapmaq, əsasən çətin olur.

Multibrend: Burada isə siz müxtəlif istehsalçıların satılmayan məhsullarını tapa bilərsiniz. Əsasən, burada olan məhsullar orijinal olmayan, Çin istehsalı olanlardır. Ancaq multibrend diskont mağazalarının çoxu öz vitrinlərində "lakşeri" məhsulları nümayiş etdirirlər.

Diskont-mağazaların Rusiyada tarixi necə olub?

Diskont -mağazalar ilə Rusiyalı əhalinin əksər hissəsi 1998-ci ilin avqust maliyyə böhranından sonra tanış olub. Həmin vaxt, sahibkarların satılmayan məhsullarının böyük bir qalığı əldə edilmişdi. Həmin ildə baş verən böhran hamıya təsir etmişdi. Bahalı xarici geyim istehsalçılarına, topdan satış firmalarına, pərakəndə satıcılara və s. Onlar öz auditoriyasını orta sinif klassdan seçməli oldular. Qeyd olunur ki, belə mağazalarda satılan məhsulları ucuz və keyfiyyətsiz kimi xatırlamaq düzgün olmazdı. Belə ki, borc alanlar böhrana görə, öz öhdəliklərini yerinə yetirə bilmirdilər. Nəticədə banklar isə öz itkilərini minimallaşdırmaq üçün müxtəlif yollara əl atırdılar. Demək lazımdır ki, stok məhsullar ilə ticarət təcrübəsi o vaxt Avropa, Amerikada geniş yayılmışdı. Rusiyada isə mövcud təcrübəni sadəcə öz relslərinə qoymaq qalırdı.

Diskont və orijinal mağazalar

Məsələn, "Adidas"ın diskont mağazası ilə "Adidas Orginalın fərqi nədir? Əsas fərq odur ki, brend mağazada siz münasib qiyməti yalnız satın alma zamanı əldə edə bilərsiniz. Diskont isə daima endirimin olduğu yerdir. Orda olan məhsullar da orijinaldır, amma ya köhnə kolleksiyadan və çətin tapılan ölçülərdə olurlar. Bəzən isə kiçik zavodların istehsal etdikləri olur.

Diskont və stok