Kişilər sizin penisiniz sadəcə qadınlara görə indiki görünüşündədir


Digərləri 21 İyl 2019 19:35:00 278 0

Kişilər sizin penisiniz sadəcə qadınlara görə indiki görünüşündədir

İnsan penisi kifayət qədər qəribədir. Onurğasız, sümüksüz, yoğun, elastik və uzunsürən penetrasiya etmək qabiliyyətində olan- bu ən azı primat qohumlarımızla müqayisədə kifayət qədər fərqlidir, lakin bu xüsusiyyətlər heç də kişilərin faydası üçün inkişaf etməmişdir. Penisin təkamülünü istiqamətləndirən məhz qadınlar olmuşdur.

Qədim qadınlar penisinə üstünlük verdikləri kişilərlər cütləşməyi seçirdilər. Zaman keçdikcə bu qərarlar penisin qadınların istəklərinə uyğun olaraq təkamülləşməsi ilə nəticələnmişdir. Sadə formada bizim (qadınlar) sosial seçimlərimizin kişilərin bədəni üçün vacib təkamüli nəticələri olmuşdur.

Bu fikir ənənəvi düşüncə tərzinin bir qədər əksinə gedirmiş kimi görünə bilər. İndiyə qədər kişilərin qadınlardan fərqləndiyi saqqal, tüklü sinə, qalın səs kimi xüsusiyyətlərdən heç biri penis qədər kişilərin qadınlar üzərindəki ağalığının ən məşhur simvolu olaraq xidmət edə bilməmişdir.

Son.az yasilelm.com-a istinadən bildirir ki, aktrisa Helen Mirren bir dəfə film sənayesini "18-25 yaşlı kişinin taxtına və onun penisinə sitayiş etmək" kimi təsvir etmişdi. Bu heç də yeni deyil. Biz dünyada belə bir sitayişin və hətta penis kultlarının sübutlarını Misir, Hindistan, Yaponiya, Polineziya və Mezo-Amerikan Maya arxeolojik ərarzilərində tapa bilərik.

Buna baxmayaraq, hər şey elə həmişə belə olmayıb. Özümün "Əhilləşdirilmiş penis: qadınlıq kişiliyi necə formalaşdırdı" kitabımda iddia edirəm ki, insan penisinin bütün xüsusiyətləri yeganə olaraq qadınların seksual zövqlərinə xidmət etmək və onu artırmaq üçün mövcuddur.

Penis onurğaları insandan başqa digər bütün erkək primatlarda olan bığ formasında olan qıllardır. Bu onurğalar penisi ekstrimal səviyyədə həssas edir ki, buna görə də cütləşmə çox az bir vaxt alır. İnsanların penisində onurğanın olmaması isə insan erkəyinin klimaks üçün daha çox əziyyət və vaxt sərf etməsinə səbəb olur.

İnsandan başqa bütün primatların bakulumu- yəni penis sümüyü var ki, bu onları penetrasiya üçün sərt saxlayır. İnsan penisi isə sadəcə orqanın qanın orada toplaşması vasitəsilə qalınlaşaraq ereksiya vəziyyətinə gələ bilir. Bakulum olmadan penis kifayət qədər elastikdir ki, bu da müxtəlif seks pozalarının mümkün olmasına şərait yaradır və beləcə qadınlar daha çox zövq ala bilirlər.

"Dişilərin seçimi" termini kişilərdə qadınların diqqətini çəkmək üçün inkişaf edən xarakteristikalara diqqət çəkir. Erkək mavi ayaqlı Sula quşlarında mürəkkəb bir cütləşmə rəqsi təkamülləşmiş, erkək tovuzquşları isə dişilərin diqqətini çəkən rəngli lələklərə sahibdirlər. Darvin seksual seçmənin iki növünü ayırarkən haqlı idi: füsunkarlıq qanunu və döyüş qanunu. Erkəklərdə olan fərqləndirici xüsusiyyətlər ya dişiləri cəlb etmək üçün, ya dişilər üçün digər erkəklərlə döyüşmək üçün təkamülləşmişdir.