Ebrunun kameralardan uzaq tutduğu qızı anasının konsertində


Digərləri 21 İyl 2019 18:43:00 302 0

Ebrunun kameralardan uzaq tutduğu qızı anasının konsertində

Müğənni Ebru Gündeş 6 il fasilədən sonra Açıqhava konsertlərinə start verib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, ilk konsertini verən müğənnini kameralardan uzaq saxladığı 8 yaşlı qızı Alara ön sıradan izləyib. Müğənninin fanatları Alaranın şəklini çəkməyi bacarıblar. 6 il sonra izləyiciləriylə görüşməkdən məmnun olduğunu bildirən Gündeş gecəni "Gönlümün efendisi" mahnısıyla açıb. O, tamaşaçılara müraciət edərək "Həyat bir gün, o da bu gün. Kefini çıxarın. Xoş gəldiniz" sözləri ilə konsertinə davam edib.  

Qeyd edək ki, Alara Ebrunun cənubi azərbaycanlı iş adamı Rza Zərrabla nikahından dünyaya gəlib.