Pivə alkoqollu içkilər siyahısından çıxarılır


Digərləri 21 İyl 2019 18:23:00 209 0

Pivə alkoqollu içkilər siyahısından çıxarılır

Rusiyanın Sənaye və Ticarət Nazirliyi pivənin pərakəndə satışına məhdudiyyətləri yumşaltmağı təklif edib.

Bu barədə Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Məlumata əsasən, bu, nazirliyin 2019-2025-ci illər üçün nəzərdə tutulan strateji inkişaf layihəsində yer alıb.

Nazirlik təklif edib ki, pivə alkoqollu məhsullar siyahısından çıxarılsın.

Qeyd olunur ki, bu təklifin olunmasında məqsəd pivəni bütün alkoqollu məhsullara tətbiq olunan məhdudiyyətlər siyahısından çıxarmaq üçün atılıb.