Assanc səfirlikdə casusluq edirdi


Dünya 21 İyl 2019 18:02:00 225 0

Assanc səfirlikdə casusluq edirdi

"Vikiliks"in qurucusu Culian Assanc Ekvadorun Londondakı səfirliyindən casusluq üçün istifadə edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ekvador Prezidenti Lenin Moreno danışıb.

Prezident bununla bağlı hakimiyyətin birbaşa sübutlarının olduğunu qeyd edib. Onun sözlərinə görə, Assancın qaldığı otaqdan haker hücumlarının təşkil edilməsi istisna edilmir.