“WiFi” və “Bluetooth”u ixtira edən aktrisa


Digərləri 21 İyl 2019 18:09:00 276 0

“WiFi” və “Bluetooth”u ixtira edən aktrisa

"İstənilən qız cazibədar görünə bilər. Bunun üçün sakit dayanmaq və axmaq kimi görünmək kifayətdir". Bu sözləri ixtiraçı Hollivud ulduzu, istedadlı riyaziyyatçı, 40-cı illərin dəb ikonası, ilk dəfə filmə çılpaq çəkilən Hedi Lamarr deyib.

Hedi Lamarr 1914-cü ildə Vyanada yəhudi Emiliya Kisler və avstriyalı pianoçu Qertrud Lixvitsin ailəsində anadan olub. Əsl adı Hedviq Yeva Mariya Kislerdir. Hedviq 16 yaşında evdən getmək, aktrisa olmaq qərarına gəlir. Teatr məktəbini bitirdikdən sonra filmlərə çəkilməyə başlayır. Ona böyük şöhrət gətirən filmisə 19 yaşında çəkildiyi çex rejissor Qustav Mahatının qalmaqallı "Ekstaz" filmi olub.