Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub


Digərləri 21 İyl 2019 16:52:51 190 0

Güləşçimiz Nihad Məmmədli EYOF 2019-un bürünc medalına sahib olub

Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) mübarizə aparan yunan-Roma güləşçilərimiz daha bir medal qazanıblar

Bakı. Heydər Əliyev adına İdman Sarayında keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) mübarizə aparan yunan-Roma güləşçilərimiz daha bir medal qazanıblar. Trend-in məlumatına görə, Nihad Məmmədli (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Ateş Bekirə 9:0 hesabı ilə qalib gələrək üçüncü yeri tutub. Bu çəki dərəcəsində qızıl medala Belarus təmsilçisi Hleb Makaranka, gümüş medala isə gürcüstanlı Romeo Beridze sahib olublar.