Qonşu ölkədə güclü zəlzələ


Dünya 21 İyl 2019 13:16:00 187 0

Qonşu ölkədə güclü zəlzələ

İranın qərbində yerləşən Lorestan vilayətinin Sepid Dəşt rayonunun 3 kilometrliyində 4,3 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 12:54-də 10 kilometr dərinlikdə qeydə alınıb.

İtki haqda məlumat verilməyib.