Volvo" 500 min avtomobilini geri çağırır


Digərləri 21 İyl 2019 11:16:00 213 1

Volvo" 500 min avtomobilini geri çağırır

İsveç avtomobil istehsalçısı "Volvo" bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır.

Son.az Trend-ə istinadən bildirir ki, buna səbəb avtomobillərin mühərrik bölməsində alışma təhlükəsi olub.

Şirkət qeyd edir ki, 2014-2019-cu illər arasında istehsal olunan dördsilindrli dizel mühərrikli modellər, eləcə də V40, V60, V70, S80, XC60 və XC90 geri çağırılacaqlar.

Xatırladaq ki, qeyd olunan 500 min avtomobilin 86 mini İsveçin özündədir.