"Volvo" 500 min avtomobilini geri çağırır


Digərləri 21 İyl 2019 10:38:07 202 0

"Volvo" 500 min avtomobilini geri çağırır

İsveç avtomobil istehsalçısı “Volvo” bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır

Bakı. İsveç avtomobil istehsalçısı “Volvo” bütün dünyada satılmış təxminən 500 min avtomobilini geri çağırır. Trend-in məlumatına görə, buna səbəb avtomobillərin mühərrik bölməsində alışma təhlükəsi olub. Şirkət qeyd edir ki, 2014-2019-cu illər arasında istehsal olunan dördsilindrli dizel mühərrikli modellər, eləcə də V40, V60, V70, S80, XC60 və XC90 geri çağırılacaqlar.