Ford və VW əməkdaşlığı genişləndirirlər


Digərləri 20 İyl 2019 23:58:00 246 0

Ford və VW əməkdaşlığı genişləndirirlər

Bir müddət bundan öncə, Ford və Volkswagen şirkətlərinin kommersiya avtomobillərinin yaradılması sahəsində əməkdaşlıq edəcəkləri barədə xəbər vermişdik. Bu əməkdaşlıq çərçivəsində Ford hər iki şirkət üçün tamölçülü pikap hazırlamalıdır. Yeni model Ford Ranger və VW Amarok pikaplarını əvəzləməlidir. Bundan başqa, amerikalılar Transit Custom və Transporter furqonlarını əvəzləyəcək yeni kommersiya avtomobilləri ailəsini yaratmalıdırlar. Alman tərəfi isə Transit Connect və Caddy modellərini əvəzləyəcək kiçik kommersiya avtomobilini hazırlamalıdır.

Son.az autograph.az-a istinadən bildirir ki, bu layihələr 2022-ci ildə başa çatmalıdır. Üstəlik, bu tərəfdaşlıq səhmlərin mübadiləsini nəzərdə tutmur. Alyansın fəaliyyətini hər iki şirkətin top menecerlərindən ibarət olan yeni şura tənzimləyəcək. Lakin, Ford və VW bu əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu günlərdə tərəfdaşlar pilotsuz nəqliyyat vasitələrinin yaradılması üzrə ixtisaslaşmış Argo Ai şirkətini satın alıblar. Tərəflər startapa yeddi milyard dollar sərmayə qoyacaqlar ki, bu məbləğin alman şirkətinə düşən payının 1,6 milyardı AID (Autonomous Intelligent Driving) törəmə müəssisəsi şəklində olacaq. Bu şirkət Argo Ai şirkətinin avropa bölməsi kimi fəaliyyət göstərəcəkdir. Argo Ai şirkəti artıq dördüncü avtonomluq səviyyəsinə malik olan SDS (Self Driving System) elektron modul platforması üzərində çalışmaları davam etdirir. Gələcəkdə bu platformadan hər iki markanın avtomobillərinin inşasında istifadə etmək olar.


Xəbərə aid fotolar