Ömrü 1520 il uzatmağın yolu


Digərləri 20 İyl 2019 23:10:00 314 1

Ömrü 1520 il uzatmağın yolu

Sürətli gəzinti ömrü xeyli uzadır. ABŞ alimlərinin araşdırmalarının nəticələrinə görə, sürətli gəzinti insan ömrünü 15 ildən 20 ilədək uzada bilir.

ABŞ-dakı "Mayo Clinik" Tibbi Araşdırmalar Mərkəzinin mütəxəssisləri hesab edir ki, hər gün sürətli gəzən, bu cür həyat tərzi keçirən qadınların ömrünün uzunluğu 86-87 il təşkil edir. Kişilərdə isə bu göstərici bir qədər azdır - 85-86 il.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bu cür həyat tərzi keçirməyən insanların üçün bu göstərici qadınlarda 72, kişilərdə isə 64 ildir.

Həkimlər bunu sürətli gəzinti ürəyin daha çox işləməsi, tez-tez yığılıb-açılması ilə əlaqələndirirlər. Sürətli temp ürəyin daha sürətli döyünməsini təmin edir, bu isə ömrün uzanmasına səbəb olur.