Gəncləri də cənginə alan başgicəllənmə


Digərləri 20 İyl 2019 23:03:00 249 0

Gəncləri də cənginə alan başgicəllənmə

Başgicəllənmə ətrafdakıların yerində durmaması, fırlanması hissidir. İnsana elə gəlir ki, ya gözləri fırlanır, ya gördüyü hər şey, az qalır müvazinətini itirsin. Bu sindromun yaranmasının çox səbəbləri var. Ona xarici, daxili, obyektiv, subyektiv təsirlər yarada bilər.

Son.az medicina.az-a istinadən indi gəncləri də narahat edən baş hərlənməsinin ən əsas səbəblərini araşdırıb.

-Dəniz xəstəliyi

Yırğalanma hərəkətləri zamanı başgicəllənmə çox adamda var. Təyyarə, gəmi, qayıq, avtomobil və s. Hərəkət dayanan kimi başhərlənmə də kəsir. Daha çox hamilələrdə, həssas insanlarda, bir sıra dərmanları qəbul edənlərdə bu xəstəlik özünü göstərir. Belə başgicəllənmə zamanı ürəkbulanma, qusma olur, bu da orqanizmin susuzlaşmasına gətirib çıxarır.   Yol uzundursa, bu insan üçün təhlükəli ola bilər. Ona görə bu adamlar leə dərmanlar, vasitələr götürməlidirlər ki, yolda susuzlaşmaya imkan verilməsin.   -Miqren

Güclü baş ağrısının bu növündə 30% pasiyentlər başgicəllənmə və ürəkbulanma keçirir.  Auralı miqren növündə tutmaların əvvələrində başgicəllənmə, görmənin azalması, işıqdan qorxma simptomları başlayır. Arterial təzyiq kəskin düşür. Bu da başgicəllənməni artırır və huşun itməsinə kimi səbəb olur.

-   Ürək-damar xəstəlikləri

Başhərlənmənin daha bir ciddi səbəbidir. Ürək çatışmazlığı, ateroskleroz, insult, qan dövranı pozulması kimi problemlərdə başgicəllənmə olur və bu siqnaldır. Aritmiya, silkələnmə, öskürək, nəfəs çatışmamazlığı da varsa, deməli, ürək təcili yoxlanmalıdır.

-Qanda dəmir azlığı, anemiya

Dəmir defisitli anemiyada toxumalar qanla yaxşı təchiz olunmur, hipoksiya baş verir və ciddi problemlər başlayır. Xəstə halsız, əzgin olur, başı hərlənir, gözü qaralır, tənəffüsü sürətlənir- bunlar klassik simptomlardır. Mütləq qan analizi verilməlidir.

-Şəkərin düşməsi - hipoqlikemiya