“Bakı2019”da iştirak edəcək ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində şənlik təşkil ediblər FOTO


Digərləri 20 İyl 2019 22:44:00 241 0

“Bakı2019”da iştirak edəcək ölkələrin nümayəndə heyətləri Atletlər Kəndində şənlik təşkil ediblər   FOTO

"Bakı-2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək ölkələrin nümayəndələri Atletlər Kəndində məskunlaşıblar.

Son.az Trend-ə istinadən bildirir ki, yarışda iştirak edəcək 48 ölkənin idmançıları və nümayəndə heyəti üçün bununla bağlı şənlik təşkil olunub.

XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də keçiriləcək. Yarışda 48 ölkədən 14-18 yaşlı 3900 yeniyetmə idmançı mübarizə aparacaq.

Qeyd edək ki, "Bakı 2019"da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar. Bu yarışlarda ölkəmizi 122 idmançı təmsil edəcək.


Xəbərə aid fotolar