Yaşın fərqi varmış


Digərləri 20 İyl 2019 22:05:00 262 0

Yaşın fərqi varmış

Britaniyalı alimlər ərlə arvad arasında yaş fərqinin sağlamlığa mənfi təsirini üzə çıxarıb. Britaniya mətbuatının yazdığına görə, mütəxəssislər yaş fərqi çox olan zaman cütlüyün bir-birini daha pis başa düşdüyü, nəticədə ailədə daha çox stress yaşandığı qənaətinə gəliblər.

Son.az tibb.az-a istinadən bildirir ki, araşdırmalar nəticəsində müəyyən olunub ki, ər arvaddan maksimum 12 yaş böyük olmalıdır. Əksinə, qadın kişidən böyükdürsə, bu, maksimum 8 yaş olmalıdır. Rusiyalı mütəxəssislər isə fərqli düşünür. Məsələn, psixoloq Artur Qaraqanov hesab edir ki, xüsusilə böhran dövründə kişilər daha çox yaşlı qadınla yaşamağa üstünlük verir: "Çünki bu halda qadın kişinin qeydinə qalan ananı xatırladır". Son.az