5 ən sadə pəhriz


Digərləri 20 İyl 2019 21:05:00 292 0

5 ən sadə pəhriz

Bəzi qidalanma planları sizə aclıq çəkmədən və sevimli yeməklərdən imtina etmədən sizə çəki atırmağa kömək edə bilər. Sizə ən sadə pəhriz proqramlarını təqdim edirik.

Az kalorili pəhriz Son.az tibb.az-a istinadən bildirir ki, bu yüngül pəhriz çərçivəsində kalorililiyin azalması adi porsiyaların təxminən üçdə bir hissəsinin azaldılması hesabına olur. Bundan başqa siz buğa verilmiş, soba və ya qrildə bişirilmiş yeməklərdən istifadə edə bilərsiniz. Çalışın qida qəbul edərkən onu yaxşı çeynəyəsiniz. Bu pəhriz zamanı təxminən 3-6 kilo arıqlamaq olur.

Duzsuz pəhriz Pəhriz zamanı qida rasionunu əhəmiyyətli dərəcədə dəyişmək lazım deyil. Bunun üçün sadəcə istifadə etdiyiniz duzun miqdarını bir az azaltmaq lazım olacaq. Yeməkləri bişirmə zamanı deyil, hazır olduqdan sonra duzlayın. Duzu qidada sarımsaq, ədviyyat və limon suyu ilə əvəz edə bilərsiniz. Düzgün yanaşma zamanı bir neçə həftə ərzində siz 3-4 kilo arıqlaya biləcəksiniz.

Zülallı pəhriz Bu tip qidalanma sistemi ilə çəki karbohidratlı məhsulların istifadəsinin azaldılması hesabına olur. Pəhriz zamanı siz aclıq çəkməyəcəksiniz. Ət, balıq, yumurta və süd məhsullarından istənilən miqdarda istifadə etmək olar. 1 həftə pəhriz zamanı siz 8 kiloya qədər arıqlaya bilərsiniz.

Kefir ilə şam yeməyi Bu pəhrizi onun üçün sadə hesab etmək olar ki, pəhriz zaman səhər və nahar yeməyi zamanı siz istədiyiniz məhsullardan istifadə edə bilərsiniz. Pəhriz zamanı yalnız bir məhdudiyyət var ki, o da şam yeməyinin kefirdən ibarət olmasıdır. Pəhriz müddətsizdir və ona riayət edərkən siz 1 həftə ərzində 1.5-2 kilo çəki ata bilərsiniz.